Azərbaycanla Türkiyə arasında 1,171 milyard dollarlıq ticarət əməliyyatı aparılıb

İQTİSADİYYAT
10:00 24.08.2013
1559

Bu ilin yeddi ayı ərzində Azərbaycanla Türkiyə arasında 1 mlrd. 171 mln. 624 min dollar məbləğdə ticarət əməliyyatı aparılıb.

AZXEBER.COM-un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ölkəylə ticarət dövriyyəsi hesabat dövründə Azərbaycanın ümumi dövriyyəsinin 6%-ni təşkil edib.Yanvar-iyul aylarında ticarət dövriyyəsinin 852 mln. 999 min dolları idxalın, 318 mln. 624 min dolları isə ixracın payına düşüb.Bu dövrdə Türkiyə Azərbaycanın ümumi idxalının 14%-ni, ixracının isə cəmi 2%-ni tutub.İlin yeddi ayında Azərbaycanın Türkiyəyə ixracı 5% azalıb, Türkiyədən idxalı isə 2% artıb.

OXŞAR XƏBƏRLƏR