Azərbaycanlı 19 yaşlı bu qız “Panten Güzeli” seçildi – FOTOLAR

Azərbaycanlı 19 yaşlı bu qız “Panten Güzeli” seçildi – FOTOLAR
MAQAZİN
16:36 13.12.2017
3736

Türkiyənin nüfuzlu "Altın Kelebek" mükafatlandırılma mərasimində "Panten Güzeli”nin qaliblərindən biri də Məryəm Cəfərli olub.

 

AZXEBER.COM xəbər verir ki, gənc modelyer keçirilən müsabiqədə "Panten Güzeli” mükafatına sahib olub. M. Cəfərli Azərbaycandan gələn tanınmışların da iştirak etdiyi qala gecəsində bir çox ulduzlarla birlikdə qırmızı xalçanın üzərində keçib. O, qala gecəsində onu mükafata layiq bilən hər kəsə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, 19 yaşlı gənc modelyer Milanda "Naba Akademiyası”nda Modelyer Dizayner fakültəsinin 2-ci kurs tələbəsidir. Bundan başqa M.Cəfərli "Prada”, "Dior” və "Versach” kimi dünya brendlərinin keçirdiyi təcrübə proqramlarında aktiv iştirakçılardan biri olub.

 

Xatırladaq ki, həmin gecədə Röya Ayxan "Azərbaycanın ən parlaq ulduzu” nominasiyası ilə təltif edilmişdi. 

 



 


OXŞAR XƏBƏRLƏR