Azərbaycanlı 3 min rüşvət vermək istədi, 90 min cərimələndi

Azərbaycanlı 3 min rüşvət vermək istədi, 90 min cərimələndi
11:41 26.03.2013
1545

Buryatiyada polisə 3 min rubl rüşvət verməyə cəhd edən Azərbaycan vətəndaşı 90 min rubl cərimə olunub. APA-nın məlumatına görə, adı çəkilməyən soydaşımız Rusiya ərazisində qeyri-leqal yaşayıb. Polis bu faktı müəyyənləşdirən zaman azərbaycanlı inzibati cəzadan və deportasiyadan yaxa qurtarmaq üçün polisin cibinə 3 min rubl pul qoymağa çalışıb. Rüşvət faktı ilə bağlı cinayət işi başlanıb, Tarbaqatay rayon məhkəməsinin qərarı ilə Azərbaycan vətəndaşı 90 min rubl cərimə olunub. Soydaşımızın artıq cərimənin 70 min rublunu ödədiyi bildirilir.

OXŞAR XƏBƏRLƏR