ABŞ-nin Kaliforniya ştatında yaşayan Azərbaycan vətəndaşı Sevindik Hüseynov ABŞ dövlətinə qarşı 137 milyon dollarlıq tibbi sığorta fırıldağında ittiham olunaraq saxlanılıb.
AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şimali Kaliforniya məhkəməsi məlumat yayıb.
Bildirilib ki, istintaq materiallarına əsasən, Sevindik Hüseynov saxta tibbi xidmət sənədləri, təqdimatlar, göndərişlər və fakturalar vasitəsilə ABŞ-nin sağlamlıq sistemindən külli miqdarda vəsait mənimsəyib.
Hüseynov ölkəni tərk etməyə çalışarkən saxlanılıb.
