Azərbaycanlı ailə 5 uşağı ilə birlikdə həbsxanaya salındı - Belçika ayağa qalxdı

Azərbaycanlı ailə 5 uşağı ilə birlikdə həbsxanaya salındı - Belçika ayağa qalxdı
SOSİAL
11:31 06.09.2018
3325
Belçikada Azərbaycandan olan 5 uşaqlı ailə uşaqları ilə birlikdə həbsxanaya salınıb.
 
Buna səbəb ailənin sığınacaq müracətinin rədd edilməsinə baxmayaraq ölkəni tərk etməkdən imtina etməsidir. Ölkəni tərk etmək tələbini yerinə yetirmədiyinə görə Belçikada ailənin bütün üzvlərinin həbsxanaya salınması bundan əvvəl cəmi bir dəfə ötən ay baş verib.

Bildirilir ki, azərbaycanlı ailə Steenokkerzeel həbsxanasına salınıb. Onların barəsində deportasiya qərarı verilənə qədər həbsxanada qalacaqları açıqlanıb. Belçika dövləti bundan əvvəl Serbiyadan olan 4 uşaqlı ailəni avqustun 14-də həmin həbsxanaya yerləşdirib. Həmin hadisə Belçika ictimaiyyətində geniş narazılığa səbəb olub.
 
Mühacirlər üzrə dövlət naziri Theo Francken ötən gün sosial şəbəkələr üzərindən yaydığı açıqlamada azərbaycanlı ailənin Steenokkerzeel həbsxanasına yerləşdirildiyini bildirib. Nazir qeyd edib ki, sığınacaq tələbi rədd edilənlərin ölkəni tərk etməkdən imtina etməsi kimi qanunsuz hallara qarşı bundan sonra da laqeyd qalmayacaqlar.

Azərbaycanlı ailənin həbsxanaya salınmasına etiraz edən "NotİnMyName” insan haqları qrupu və bir çox qeyri-hökumət təşkilatları sentyabrın 14-də aksiya keçirəcəklərini bildiriblər. İnsan haqları müdafiəçiləri uşaqların həbsxanaya salınmasının yolverilməz olduğunu və buna yol açan qərarın qüvvədən salınması üçün Belçika Dövlət Şurasına müraciət edəcəklərini bildiriblər. (Virtualaz.org)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda
17:36 06.07.2026
Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda
Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
17:34 06.07.2026
Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
17:28 06.07.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
17:10 06.07.2026
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
17:09 06.07.2026
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
17:03 06.07.2026
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
16:37 06.07.2026
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
16:23 06.07.2026
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
16:07 06.07.2026
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
15:39 06.07.2026
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
Şirvanda çətənə kolları yetişdirən səxş saxlanıldı
15:28 06.07.2026
Şirvanda çətənə kolları yetişdirən səxş saxlanıldı
Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir
15:26 06.07.2026
Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir
Azərbaycanlı gənclərin beynəlxalq yarışda növbəti uğuru
15:20 06.07.2026
Azərbaycanlı gənclərin beynəlxalq yarışda növbəti uğuru
Sosial Xidmətlər Agentliyi ilə BMqT arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu
15:12 06.07.2026
Sosial Xidmətlər Agentliyi ilə BMqT arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
15:08 06.07.2026
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Bu məktəblərdə ixtisas və məktəb seçiminə başlanıldı
15:04 06.07.2026
Bu məktəblərdə ixtisas və məktəb seçiminə başlanıldı