Azərbaycanlı aktrisa Barış Kömürçüoğlu ilə bir arada - VİDEO

Azərbaycanlı aktrisa Barış Kömürçüoğlu ilə bir arada - VİDEO
MAQAZİN
16:42 01.12.2016
1011
Türkiyənin məşhur müğənniləri Barış Kömürçüoğlu və Kanun Yıldırım "Zalim" mahnısına klip çəkdirib.
 
Bu haqda AZXEBER.COM-a tanınmış aktrisa Aysel Nazim məlumat verib. Onun dediyinə görə, musiqisi Eldar Mansurovun "Bayatılar" kompazisiyası əsasında yazılmış mahnının sözləri Sezen Aksuya aiddir. Mahnıya klip Almaniyada çəkilib.
 
Klipdə azərbaycanlı aktrisa özü də yer alıb: "Bu klip də mən də yer almışam. Klip Türkiyənin bütün klip kanallarında, o cümlədən Kral TV və Powertürk-də yayımlanır"
 
Aktrisanın dediyinə görə, klipin təqdimatı yaxın vaxtlarda Bakıda da olacaq və müğənnilər paytaxtımıza təşrif buyuracaq.
 
Klipə 2 gün ərzində "youtube"də 100 mindən çox baxış olub.

OXŞAR XƏBƏRLƏR