AZXEBER.COM-un məlumatına görə,bunu AzNews.az-a açıqlmasında əməkdar artist, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Xanım Qafarova bildirib.
X.Qafarova deyib ki, səhhətindəki problemlə bağlı daha 10 gün Türkiyədə müalicə kursu almalıdır: “Martın 16-da Türkiyəyə gedirəm. Müalicə kursum 10 gün davam edəcək”.
O bildirib ki, Bahar bayramını Türkiyədə - xəstəxanada qeyd edəcək.
Xatırladaq ki, Xanım Qafarova onkoloji xəstəlikdən əziyyət çəkir. Bu xəstəliyinə görə 3 dəfə Azərbaycanda əməliyyat olunub. Türkiyədə isə iki müalicə kursu qəbul edib.