Azərbaycanlı aktrisa Türkiyənin ATV kanalında yayımlanan “Huzur Sokağı” serialında çəkiləcək.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, baş rollarınıKutsi, Selin DemiratarvəSinem Öztürkün paylaşdığı "Huzur sokağı"nın aktyor heyətinə tanınmış aktrisa Məlahət Abbasova daxil olacaq. Aktrisa serialın cümə günü yayımlanacaq 43-cü seriyasından etibarən rol alacaq.