Hadisə nəticəsində xeyli sayda insan ölüb və yaralanıb.
İstanbulda Atatürk hava limanında baş verən terror zamanı azərbaycanlı aktrisa və model Gülşən Hüseynli də hadisə yerində olub.
O, bu haqda “Instagram” hesabında məlumat yayıb.
Qeyd edək ki, Gülşən Hüseynli “Bir ailəm var” serialında, “100 kağız”, “Dondurulmuş”, “Güc sahibi” filmlərində, “Best Model of Azerbaijan” gözəllik müsabiqəsində iştirak edib.
Xatırladaq ki, dünən gecə saatlarında Atatürk hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu-kamikadze özünü partladıb, nəticədə 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb.
///Oxu.Az