2000-ci ildən bu yana İstanbulda yaşayıb çalışan, Azəri oğlu Murad kimi tanınan azərbaycanlı aktyor Murad Fətullah günlərdir türk mediasında qalmaqala səbəb olan açıqlamalar verib. AZXEBER.COM-un məlumatına görə, o, müsahibəsində 2013-cü ildə Murad Fətullah adının bir brend olacağını söyləyib. O, Azərbaycandakı prodüserlə ortaq hazırladığı və tamaşaçı tərəfindən böyük marağa səbəb olacağına inandığı çox fərqli və gizli saxladığı layihə üzərində işlədiyini açıqlayıb.Aktyorluqla yanaşı eyni zamanda prodüser fəaliyyəti ilə məşğul olan Murad Fətullah ANS PRESS-ə müsahibəsində birinciliyi hansı layihəsi ilə hədəflədiyini dəqiq açıqlamasa da, çox iddialı danışıb: "Bəli, 2013-cü ildə Azəri oğlu Murad adı televiziya aləminə qızıl hərflərlə yazılacaq. Bir layihə üzərində işləyirik. Gecə-gündüz bilmədən çalışırıq. Azərbaycan və Türkiyənin birgə işi olacaq layihə ekranlara yenilik və dəyişik bir hava gətirəcək. Növbəti il Murad Fətullah adının marka olacağı bir il olacaq".Məlumat üçün bildirək ki, 13 ildir Türkiyədə "Azəri oğlu Murad" kimi yaşayıb fəaliyyət göstərən istedadlı aktyor "Pas casting" prodakşnının sahibidir. Aktyor sahibi olduğu "Pas Casting productıon" şirkətinin adı altında Türkiyə, Azərbaycan, Rusiya, İsrail, Hollandiya kimi ölkələrdə çəkdiyi serial, kino, reklam, kataloq çəkilişləri, layihələri ilə televiziya sektorunda adından tez-tez söz etdirib.Murat Fətullah Marmara Universitetinin teatr bölməsini bitirib. Teatr xadimləri - Müjdat Gezen, Sümer Tilmaç, Yılmaz Erdoğandan dərslər alıb. Tamaşaçılar tərəfindən böyük maraqla izlənilən "Adanalı", "Arka sokaklar", "Suç dosyası", "Sınav", "Kurtlar vadisi" kimi baxımlı türk seriallarında rol alıb. Türkiyənin "Mix TV" telekanalında əyləncəli verilişin aparıcısı olub.