Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri və tətbiqi dilçilik şöbəsinin filologiya üzrə fəlsəfə doktoru Heydər Eminli 5 ay ABŞ-ın Kanzas Universitetində tədqiqat aparıb.
AZXEBER.COM-un məlumatına görə, tədqiqatlar ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə birgə təşkil etdiyi “JFDP” adlı ABŞ-Azərbaycan ikitərəfli mübadilə proqramı çərçivəsində həyata keçirilib.Alim linqvistik təhlil, tətbiqi dilçilik, ikinci dilin mənimsənilməsi, texnologiyanın dilçiliyə tətbiqi və elektron lüğətlərin hazırlanması kimi sahələri araşdırıb.Proqram Qafqaz, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin humanitar və sosial elm sahələri üzrə tədqiqat aparan gənc mütəxəssisləri üçün nəzərdə tutulub.H.Eminli universitetdə apardığı tədqiqatla yanaşı bir çox akademik və elmi seminar, tədbir və simpoziumlarda da iştirak edib. O, 40-dan çox ölkənin tədqiqatçı və professorlarının qatıldığı Tətbiqi Dilçilik üzrə Amerika Assosiasiyasının XVI konfransına da qatılıb və tədbirin məruzə materiallarından öz tədqiqatlarında istifadə edib.