Azərbaycanlı alimlər beynəlxalq konfransda iştirak ediblər - FOTOLAR

Azərbaycanlı alimlər beynəlxalq konfransda iştirak ediblər - FOTOLAR
SOSİAL
21:20 04.04.2017
1202
Mart ayının 30-31-də Belarusun paytaxtı Minsk şəhərində "Belarus müasir geosiyasi proseslərdə” adlı beynəlxalq konfrans keçirilib.
 
Belçika, Hollandiya, Polşa, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Qazaxstan və digər ölkə alimlərinin də iştirak etdiyi bu mötəbər tədbirdə Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Tahir Şahbazov və Şövqi Həsənov təmsil ediblər.
 
Tahir Şahbazovun "Müasir beynəlxalq münasibətlərin Azərbaycan-Belarus nümunəsi” və Şövqü Həsənovun "Qloballaşma şəraitində Azərbaycan - Belarus mədəni əlaqələri” mövzusunda məruzələri böyük maraqla qarşılanıb. Alimlərimiz panellərarası görüşmələr zamanı digər ölkə alimləri ilə söhbətlərdə Azərbaycan həqiqətlərindən, Qarabağ münaqişəsinin əsil mahiyyətindən, o cümlədən 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı tərətdiyi soyqırımından da bəhs ediblər.
 
 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR