Azərbaycanlı alimlərdən böyük uğur: Məqalələri Harvard və NASA-nın indeksində

Azərbaycanlı alimlərdən böyük uğur: Məqalələri Harvard və NASA-nın indeksində
SOSİAL
17:14 27.12.2025
1110
Azərbaycan elmi üçün diqqətçəkən yenilik qeydə alınıb. Avropada yaşayan və təmiz enerji texnologiyaları sahəsində fəaliyyət göstərən azərbaycanlı tədqiqatçılar Bəxtiyar Nəcəfov və İsmail M.Qarazadənin beynəlxalq elmi jurnallarda dərc olunan məqalələri Harvard və NASA adı ilə bağlı elmi indeksdə yer alıb.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirilib ki, NASA Astrophysics Data System (ADS) portalında tədqiqatçıların iki məqaləsi ayrıca biblioqrafik qeyd kimi indeksləşdirilib.

Məlumata görə, Bəxtiyar Nəcəfov və İsmail Qarazadə 2025-ci ildə beynəlxalq həmmüəlliflərlə birlikdə yüksək reytinqli (Q1) elmi jurnallarda, ümumilikdə 5 məqalə ilə çıxış ediblər. Nəşrlər təmiz enerji materialları, su və ətraf mühit təhlükəsizliyi, eləcə də qida təhlükəsizliyi üçün analitik ayırma və təyinetmə metodları kimi praktiki təsir potensialı yüksək olan istiqamətləri əhatə edir.

Qeyd olunub ki, alimlərin Q1 jurnallarda ardıcıl elmi fəaliyyəti azərbaycanlı tədqiqatçıların qlobal elmi əməkdaşlıqda və enerji keçidi, su və qida təhlükəsizliyi, portativ analitika kimi beynəlxalq çağırışlar kontekstində daha görünən mövqeyə yüksəldiyini göstərir.

Bu nailiyyətlər, eyni zamanda, gənc tədqiqatçılar üçün beynəlxalq elmi mühitdə uğurlu fəaliyyətin mümkünlüyünü nümayiş etdirən real nümunə kimi dəyərləndirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?