Azərbaycanlı alpinistin meyiti tapıldı

İDMAN
14:25 23.10.2014
1159

Himalay dağlarında faciəli şəkildə həlak olan azərbaycanlı alpinist Murad Aşurlunun meyiti tapılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Alpinizm Federasiyasının vitse-prezidenti Saridan Mursaqulov məlumat verib.Onun sözlərinə görə, ötən gün Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu ilə telefon əlaqəsi yaradıb və cənazə tapıldığını öyrənib.S.Mursaqulov bildirib ki, M.Aşurlunun harada dəfn ediləcəyi hələlik müəyyənləşməyib:“Mərhum uzun illər idi, ailəsi ilə birgə ABŞ-da yaşayırdı. Hazırda da ailə üzvləri ABŞ-dadı. Onun harada dəfn ediləcəyi hələlik müəyyənləşməyib”.Qeyd edək ki, 42 yaşlı Murad Aşurlu Himalay dağlarında hündürlüyü 6856 metr olan Ama Dablam yüksəkliyindən enərkən hündürlükdən yıxılaraq həlak olub. O, Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun əmisi oğludur.
OXŞAR XƏBƏRLƏR