Aparıcı Nəsib Nur üçüncü dəfə ata olub.
AZXEBER.COM xəbər verir ki, bu haqda aparıcının baldızı, müğənni Səidə Sultan məlumat verib.
"Bu gün çox həyəcanlı idim. Bacım üçüncü dəfə ana olurdu. Bütün diqqətimi ona ayırmışdım. Şükür Allaha ki, hər şey yaxşı oldu. Bacımın oğlu oldu. Adını da İbrahim qoyduq. Allah hər kəsə bu gözəl günü nəsib eləsin, elə mənə də”deyə, ifaçı bildirib.
Qeyd edək ki, aparıcı N.Nur Pərvanə adlı xanımla evlidir. Cütlüyün daha iki övladı var.

lent.az