Aparıcı Pərvanə Tahirqızı şəxsi həyatı ilə bağlı açıqlama verib.
O "Elgizlə izlə" verilişində atasının onun təhsil almasına icazə vermədiyini etiraf edib:
"Mən bunu efirdə ilk dəfə açıqlayacam. Atam məni məktəbə getməyə qoymurdu ki, qız uşağı məktəbə getməz, oxuya bilməz. Mən o qədər stress keçirib həyəcanlı olurdum ki, bazar günü də qaçıb məktəbə gedirdim.
Deyirdilər, bu gün məktəb yoxdur. Maddi imkanımız olmadığından hazırlığa da gedə bilməmişəm”.