"Dekoltenin altından qırmızı büstqalterin görünməsi nə vaxtdan erotika olub?"
Bu sözləri "Lider TV"nin aparıcısıZemfira Adığözəlovasöyləyib:
“Saytlarda yayılmış o şəkillər Moskvada veriliş apararkən çəkilmiş adi şəkillərdir. Bu şəkillərdə erotikadan nə əlamət var? Erotik şəkillər bikinidə, büstqalterdə, yataqda uzanmış vəziyyətdə olar. Mənim də elə şəkillərim yoxdur. Cəmi 1 dəfə jurnalların birində sırf fotolayihə olaraq çəkdirdiyim fotosessiya oldu ki, orda mən bir köynəkdə, yataqda oturmuşdum. Bir balaca orada erotik ab-hava yaranmışdı, amma o şəkillərin saytlarda yayılmasına icazə vermədim və bunun üçün az qala müharibə etdim”.Aparıcı adının və şəkillərinin belə təqdim olunmasına artıq alışdığını, əvvəllər isə çox qıcıqlandığını etiraf edib:“Mən Azərbaycan televiziyasında seksi aparıcı obrazı yaratdım. Ən seksi aparıcı kimi özümü təsdiq etmək üçün müəyyən fotosessiyalar etməyi düşünürdüm. Hətta indi də belə bir fikrim var ki, sırf erotik ab-havada, təbii ki, həddi aşmadan bir layihə edim. Ancaq bilirəm ki, saytlar reytinq xatirinə o işi elə təqdim edəcəklər ki, insanlarda qıcıq və neqativ yaranacaq. Bunu reytinq qazanmaq üçün edirlər, amma fikrimcə, bu qeyri-etik və peşəkarlıqdan uzaqdır. Xəbərin başlığı ilə içi, şəkillər uyğun gəlmirsə, bu tamaşaçını aldatmaqdır. Köynəyin altından qırmızı büstqalterin görünməsi nə vaxtdan erotikadır?”.//Publika![](/)