Azərbaycanlı aparıcıların keçmişi – onların keçmişi belə olub...

MAQAZİN
00:41 10.11.2015
6978

Trend məşhur televiziya əməkdaşlarının keçmişini araşdırmağa çalışıb.

AZXEBER.COM həmin məlumatları tədim edir:

Qax rayonunda anadan olan və şou verilişlərindən yaxşı tanıdığımızAzər Axşamteleviziyaya aktyorluqdan gəlib və bu gün də bu sahədə fəaliyyətini davam etdirir.

Astara rayonunda anadan olan və şou verilişlərindən yaxşı tanıdığımızNanə Ağamalıyevateleviziya fəaliyyətinə qədər heç yerdə çalışmasa da, əvvəllər sosial verilişlərdə aparıcılıq edib.

Gürcüstanın Marneuli rayonunda anadan olan və sosial verilişlərdən yaxşı tanıdığımızRuhəngiz Qarayevateleviziyaya gələnə qədər Bakı Qızlar Universitetində müəllim işləyib. İxtisasca psixoloq olan xanım fəlsəfə doktorudur.

Bir zamanların məşhur “Retro”sunu aparanHəmidə Ömərovaixtisasca aktyordur. Bakıda anadan olan xalq artisti son illər aparıcılıq etməsə də, vaxtaşırı olaraq verilişlərə qonaq qismində qatılır.

Rusiya Federasiyasının Yaroslavl vilayətində anadan olan və əvvəllər şou, hazırda isə sosial verilişlərdə efirə çıxanElgiz Əkbərixtisasca iqtisadçıdır. Mədəniyyət yazarı olaraq fəaliyyətə başlayan E.Əkbər 8 ildir aparıcılıq edir.

Bakıda anadan olan və sosial televiziya layihələrindən yaxşı tanıdığımızİlqar Mikayıloğluixtisasca inşaat mühəndisidir. Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda iştirak edən aparıcı paralel olaraq futbol matçlarını şərh edib.

Bakıda anadan olan və sosial verilişlərdən yaxşı tanıdığımızRövşanə Bektaşiixtisasca filoloqdur. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. 21 yaşından televiziya sahəsində çalışır.

Müxtəlif sosial layihələrlə efirə gələnXoşqədəm HidayətqızıAğdərə rayonunda anadan olub. Paralel olaraq “Üç nöqtə” qəzetinin baş redaktorudur. İxtisasca hüquqşünas olsa da, indiyə qədər bu sahədə çalışmayıb.

Masallı rayonunda anadan olan və ictimai-siyasi verilişlər aparanCəlalə Nəzəroğluhəm də yazıçıdır. Natiqlik sənəti üzrə mütəxəssis adını alan C.Nəzəroğlu ali məktəbi jurnalistika ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

Neftçala rayonunda anadan olan və ictimai-siyasi verilişlərdən yaxşı tanıdığımızQənirə Ataşovaixtisasca fizikdir. Sonradan jurnalistikaya olan böyük marağı onu televiziyaya gətirib və 15 ilə yaxındır bu sahədə çalışır.

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, istedadlı aparıcıMehriban Ələkbərzadəparalel olaraq rejissordur. Gəncədə anadan olan M.Ələkbərzadənin ilk iş yeri Lənkəran Dövlət Dram Teatrı olub. Sonradan Bakıya dönən M.Ələkbərzadə müxtəlif televiziya layihələrinin müəllifi və aparıcısı olub.

Bakıda anadan olan və şou verilişlərindən yaxşı tanıdığımızİlkin Həsənlifotoqrafdır. 2001-ci ilin noyabrında Fransanın Strasburq şəhərində keçirilən fotomüsabiqədə qalib olub. Əvvəlcə radioda çalışan İ.Həsənli sonradan yolunu televiziyadan salıb.

Quba rayonunda anadan olan və kriminal verilişlərin aparıcısı olanPərviz Abubəkirovuzun müddət Rusiyanın Tolyatti şəhərində yaşayıb. Bakıya döndükdən sonra televiziya sahəsində fəaliyyətə başlayan aparıcı hazırda kriminal verilişlərdə aparıcılıq edir.

Quba rayonunda anadan olan və bir sıra sosial və şou verilişlərinin aparıcısıSəxavət Nurgənc yaşlarından radioda çalışıb. Radio dinləyicilərinin ulduzuna çevrilən S.Nur sonradan yolunu televiziyadan salıb və bir çox verilişlərə aparıcılıq edib.

Gəncədə anadan olan və Azərbaycanın populyar aparıcılarından olanSevil Nuriyevanə az-nə çox, düz 25 ildir televiziya sahəsində çalışır. Fəlsəfə doktoru olan S.Nuriyeva paralel olaraq dövri mətbuatda müəllif yazıları ilə çıxış edir.

OXŞAR XƏBƏRLƏR