Perunun Lima şəhərində ağır atletika üzrə gənclər arasında dünya birinciliyi davam edir. Məlumata görə, hesabında üç medal (Valentin Xristov - qızıl, Nicat Rəhimov – gümüş, Firudin Quliyev – bürünc) olan Azərbaycan milli komandasının üzvlərindən sonuncusu Nailxan Nəbiyev 94 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. Təəssüf ki, idmançımız medal şansını son anda əldən verib.Birdən qaldırma hərəkətində atletimiz üçüncü yanaşmasında yalnız 160 kiloqramı ram edib. Bu ağırlıq isə N.Nəbiyevə birdən qaldırmada yalnız 5-ci olmaq imkanı verib. Təkanla qaldırmada 205 kiloqramı ram edən atletimiz bütün rəqiblərini üstələyib. Bu hərəkətdə atletimiz qızıl medala sahib olub.