Azərbaycanlı baş redaktorlar Özbəkistanın nüfuzlu media qurumlarını ziyarət etdi - FOTOLAR

Azərbaycanlı baş redaktorlar Özbəkistanın nüfuzlu media qurumlarını ziyarət etdi - FOTOLAR
SOSİAL
13:20 28.04.2023
123
Editor.az informasiya portalının baş redaktoru Fərid Şahbazlı və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli Özbəkistanın paytaxtı Daşkənd şəhərində səfərdədir. 

AZXEBER.COM xəbər verir ki, baş redaktorlar səfər çərçivəsində Özbəkistanın ən tanınmış media qurumlalarını ziyarət edib. 

H.Heydərli və F.Şahbazlı Özbəkistanın M5 TV, Sevimli TV, Darakci.uz, Daryo.uz və digər kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. 

Görüşlərdə Azərbaycan və Özbəkistan mediası arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Jurnalistlər özbək həmkarları ilə görüşdə Azərbaycanda Medianın İnkişafı Agentliyi tərəfindən həyat keçirilən islahatlardan danışıb. Onlar deyib ki, hazırda Azərbaycan - Özbəkistan münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir və iki ölkənin mediası arasında da əməkdaşlığın böyük potensialı var. 

F.Şahbazlı və H.Heydərli Özbəkistan mediasına müsahibəsində Azərbaycan həqiqətləri haqqında danışıb, iki ölkənin dostluğunu və qardaşlığını vurğulayan məqamlara diqqət çəkib.

Baş redaktorlar eyni zamanda, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetini ziyarət edib və universitetin rektoru, Beynəlxalq Press Klubun rəhbəri Şöhrət Kudratxocayev ilə görüşüb. Görüşlərdə ortaq layihələr haqda razılığa gəlinib.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR