Azərbaycanlı biznesledi Silahlı Qüvvələrin Yardım Fonduna 10 min manat köçürdü - FOTO

Azərbaycanlı biznesledi Silahlı Qüvvələrin Yardım Fonduna 10 min manat köçürdü - FOTO
SOSİAL
17:25 02.10.2020
10482
Lizzo Gallery və Belleza Mebel mağazasının sahibəsi Könül Əsədova Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 manat köçürüb.

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. Azərbaycanın cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək olmaq naminə K.Əsədova vətəndaşlıq borcunu yerinə yetirib:

"İgid oğullarımız ermənidən fərqli olaraq Azərbaycan qadınını cəbhəyə yollamaz. Ermənistan suriyalılardan sonra ASALA və PKK terrorçularını döyüşə cəlb edib. Kişiləri qorxub geri çəkiləndə, səngər boş qalmasın deyə, qadınları "sinəsini sipər edib". 

Azərbaycanlı xanım olaraq, borcum yardım fonduna öz dəstəyimi göstərmək idi. İnşallah, qarşıda qələbəmizi qeyd etmək üçün səfərbər olarıq. Yaşasın Azərbaycan əsgəri!

OXŞAR XƏBƏRLƏR