Azərbaycanlı biznesmeni öldürən şəxs tutuldu

Azərbaycanlı biznesmeni öldürən şəxs tutuldu
SOSİAL
17:55 05.12.2018
7604
Azərbaycanın sifarişli qətllər törətdiyinə görə İnterpol xətti ilə axtarışa verdiyi İlya Şabanov adlı şəxs Moskvada saxlanılıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, azərbaycanlı iş adamı Rauf Həsənovun öldürülməsində ittiham olunan Rusiyanın keçmiş vətəndaşı İ.Şabanovun hazırda Azərbaycana təhvil verilməsi məsələsi müzakirə olunur.

Xatırladaq ki, Bakı şəhər sakini R.Həsənov 2009-cu ilin oktyabr ayında evindən avtomobili ilə gedəndən sonra onu görən olmayıb. Noyabrın 5-də həmin avtomobil Qubada yandırılmış vəziyyətdə tapılmışdı.
OXŞAR XƏBƏRLƏR