Azərbaycanlı biznesmenlə yatmaqdan imtina edən balerina danışdı

Azərbaycanlı biznesmenlə yatmaqdan imtina edən balerina danışdı
DÜNYA
15:34 27.08.2016
17676
Azərbaycanlı biznesmenə 40 min dollar pul atıb, onunla yatmaqdan imtina edən rusiyalı balerina haqqında çıxan ittihamlara cavab verib.
Rüsvayçı vəziyyəti ilə bağlı heç bir açıqlama verməyən balerina sükutu pozub. A.Voloçkovanın sözlərinə görə, onu fahişə və əxlaqsız adlandıran şəxsləri tanıyır və məsələni aydınlaşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət edəcək:
"Mən bir söz demək istəyirəm: Mənim gözəlliyimi, azadlığımı, müstəqilliyimi və uğurlarımı, sevdiyim işlə məşğul olduğumu, mənimlə görüşmək üçün kişilərin əlində qızılgüllərlə növbəyə düzüldüyünü və ayaqlarımın altına hədiyyələr gətirdiklərini həzm edə bilmirlər. Bunu mənə bağışlaya bilmir və heç vaxt da bağışlamayacaqlar. Bitdi! Sayıqlama və təxribatlara isə mən heç bir şərh verməyəcəyəm".
Xatırladaq ki, bu yaxınlarda Rusiya KİV-ində "Moskvanın Ulduzları" agentliyinin direktoru Dmitri Tulyaninov Rusiyanın əməkdar artisti Anastasiya Volaçkovanı seks-xidmətlərin göstərilməsində ittiham etməsinə dair məlumat dərc olunub. Həmin agentlik “Ulduzla bir axşam” layihəsi çərçivəsində imkanlı şəxslərlə şou-biznes ulduzlarının şam yeməyini təşkil edir.
D. Tulyaninov Rusiya mətbuatına verdiyi açıqlamada A.Voloçkovanın "Ulduz ilə şam" layihəsi çərçivəsində onunla müəyyən məbləğ müqabilində əməkdaşlıq etdiyini deyib. Onun sözlərinə görə, burada hər hansı intim xidmətdən söhbət gedə bilməz və balerina sözügedən təkliflə razılaşmaqla əslində, bu anlaşmanı özü pozub: “Azərbaycanlı biznesmenlərdən biri – etik səbəblərdən adını açıqlamırıq – mənə müraciət edərək, Voloçkova ilə şam yeməyi yemək istədiyini dedi. Tanışlıq üçün ondan 25 min dollar aldım. 15 min dollar Nastyaya, 10 min dollar isə agentliyə çatacaqdı. Balerina onunla görüşdü, yeməyini də yedi, amma daha sonra “öz işini” görüb. Azərbaycanlı iş adamı ilə gecə keçirmək, intim xidmət göstərmək üçün qiymət açıqlayıb. Bütün danışıqları onun stilitsi Nataşa tərəfindən aparılıb.
Nəticədə, Voloçkova 40 min dollara razılaşıb, avansını alıb, otelə gəlib. Bakılı biznesmenə isə deyib ki, görüşdən öncə oteldə istirahət etməlidir. Amma başqa bir nömrəyə keçərək qapını da bağlayıb. Olduqca mədəni şəkildə ona zəng ediblər, cavab verməyib. Mədəni şəkildə qapısını döyüblər, açmayıb. Səhər tezdən isə başqa bir şəhərə gedib. Təbii ki, onu heç kim qol gücü ilə saxlamayıb, çünki onlar elə adamlar deyillər”. (publika.az)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib