Hal-hazırda Bakıda olan Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov xeyirxah addımı ilə izləyənlərinin rəğbətini qazanıb.
AZXEBER.COM xəbər verir ki, İçərişəhərdə dincələn bloger, soyuq hava şəraitində küçədə limon satan yaşlı kişini görüntüləyib.
Daha sonra o, kişiyə yaxınlaşaraq torbadakı bütün limonları aldığını bildirib və bunun müqabilində ona 100 dollar pul verib.
Gördükləri qarşısında təəccübünü gizlədə bilməyən kişinin sevinci gözdən qaçmayıb.
Bloger videonu "Belə hallar görəndə etmək istədiyim budur” şərhi ilə paylaşıb.
Aysel