Azərbaycanlı bu qadın İspaniyada futbol klubunun sahibidir – VİDEO - FOTOLAR

İDMAN
00:03 02.01.2013
3665

İspaniyanın fotbol çempionatının 7-ci divizionunda “Baku Valensiya” adlı futbol komandası fəaliyyət göstərir.

AZXEBER.COM-un məlumatına görə, bu komandanın prezidenti azərbaycanlı xanım Gülnarə Xanbabayevadır.

Rusiyanın NTV Plyus telekanalı bu Valensiyadakı “bakılılar” ilə maraqlanıb və onun haqqında veriliş hazırlayıb.7-ci divizionda çıxış edən bu klubun rəhbəri Gülnarə Xanbabayeva meyvə-tərəvəz dükanı işlətməklə komandaya sponsorluq edir:

“Klubu özüm meyvə-tərəvəz dükanından gələn gəlirlərlə ayaqda saxlayıram. Baş məşqçimizə 1000 avro verirəm. Əlbəttə bu vəsaitlə ailə saxlamaq olmaz, bu üzdən də futbolçular gündüzlər müxtəlif sahələrdə çalışır, axşamlar isə məşqlərə qatılırlar”

Azərbaycanlı xanım klubla bağlı fikirlərinin yüksək olduğunu söyləyib. O gələcəkdə klubun daha yüksək nəticələr göstərəcəyinə inandığını qeyd edib.

OXŞAR XƏBƏRLƏR