Azərbaycan Milli Məclisinin deputatı Rövşən Rzayev AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün noyabrın 19-dan 21-dək Fransa paytaxtında səfərdə olacaq.
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, iclasda əsasən İordaniya, Türkiyə, Livan və İraqda yerləşmiş Suriya qaçqınlarının vəziyyəti müzakirə ediləcək, onlara yardım göstərilməsi yolları araşdırılacaq.
AŞPA-nın komitə iclasında İtaliyanın sahilyanı ərazilərinə müxtəlif ölkələrdən miqrant axını probleminə də nəzər salınacaq. Miqrantlar və qaçqınlar arasında QİÇS-in yayılmasına qarşı mübarizə məsələsi ətrafında fikir mübadiləsi aparılacaq.(APA)