Azərbaycanlı deputat MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının sədri seçildi

Azərbaycanlı deputat MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının sədri seçildi
SİYASƏT
20:04 03.12.2020
592

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov daimi komissiyanın yeni sədri seçilib.

Sədr müavini vəzifəsinə Rusiya Federal Şurasının Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin üzvü Yuriy Berezutskiy seçilib.

İclasın gündəliyinə cəmi 18 məsələ daxil edilib və əsas məsələlər sırasında MDB PA Şurası ilə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun "COVID-19 ilə mübarizədə parlamentlərin rolu haqqında” birgə bəyanatının qəbul edilməsi, MDB ölkələrində uşaqların sağlamlığının və səhiyyə hüquqlarının qorunması, psixiatriya yardımı və onun göstərilməsində müvafiq hüquqların təmin edilməsi, tibbi yardıma dair klinik tövsiyələr, uşaqlar üçün qida məhsullarının marketinqi, vətəndaşların sağlamlığının tütün tüstüsünün zərərli təsirlərindən qorunması, orqan donorluğu və sair model qanunların layihələri barədə məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.

Azərbaycan Respublikasının qanunyaradıcılığı təcrübəsi də nəzərə alınaraq, üzv dövlətlər üçün model Miqrasiya Məcəlləsinin layihəsi müzakirə edilib və komissiyanın sədri Nizami Səfərova MDB PA plenar iclasında layihənin təqdim edilməsi həvalə olunub.

Həmçinin Daimi komissiyanın növbəti iclasının 18 fevral 2021-ci ildə kecirilməsi barədə qərar qəbul edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb