Azərbaycanlı deputat parlamentdə ağladı

SİYASƏT
13:03 07.05.2013
3598

Milli Məclisin iclası davam edir.

 Spiker dedi ki, iclasın qısa müddətdə başa çatması üçün söz istəyən hər kəsə yox, yalnız vaxtilə H.Əliyevlə işləmiş bəzi deputatlara çıxış üçün söz veriləcək.

 Bu mənada ilk olaraq sözü deputat Fəttah Heydərova söz verdi. F.Heydərov bildirdi ki, bu gün dünyanın hər yerində H.Əliyevin yubiley tədbirləri qeyd olunur. “O, ilahi bir şəxsiyyət idi” deyən F.Heydərov bildirdi ki, H.Əliyev 20-ci əsrin ən işıqlı simalarından biridir: “Heydər Əliyev yolu xalqımız üçün ən açıq, ən işıqlı bir yol olub, çünki o, özü işıqlı şəxsiyyət idi”. Deputat dedi ki, nə qədər ki, H.Əliyev Moskvada işləyəndə tarixi düşmənlərimiz həmişə ürəklərində gəzdirdikləri arzularını, Qarabağı işğal etməyə nail ola bilmirdilər: “Heydər Əliyev Azərbaycanda olmayanda Azərbaycan faciələrlə yaşayıb”.

Arif Rəhimzadə çıxışında dedi ki, öz qərarlarının və hərəkətlərinin düzgünlüyünə qəti əmin idi. Onun sözlərinə görə, bunun nəticəsi idi ki, 90-cı illərdə onun hakimiyyətə qayıdışını zəruri sayanların sıraları artırdı: “Bu insanların sırasında 90-cı illərdə parlament iclasında Heydər Əliyevə qarşı çıxış etmiş, ancaq sonradan onun hakimiyyətə qayıdışı üçün hazırlanan müraciətə imza atanlar da var idi”.

A.Rəhimzadə H.Əliyevin vəfatından danışarkən kövrəldi. Çıxışı kəsib su içdi, özünü ələ almağa çalışdı. Davam etməyə çalışsa da, ağladığı aydın sezilirdi. O, nəhayət, səsi titrəyə-titrəyə çıxışını yekunlaşdırdı. Parlamentarlar onun çıxışını sürəkli alqışlarla qarşıladılar. (musavat.com)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb