Azərbaycanlı deputatdan Fransa XİN başçısına xəbərdarlıq: "Gələcəyin varsa, görəcəyin də var”

Azərbaycanlı deputatdan Fransa XİN başçısına xəbərdarlıq: "Gələcəyin varsa, görəcəyin də var”
SİYASƏT
15:07 23.03.2023
437
"Fransanın xarici işlər naziri Ketrin Kolonnaya deyirəm ki, gələcəyin varsa, görəcəyin də var. Əgər o, Azərbaycana gələrsə, ölkəmizin Xarici İşlər Nazirliyində idarə müdirinin köməkçisi, uzağı sektor müdiri səviyyəsində qarşılananda başa düşər ki, kiminlə belə danışır”.

Bu fikirləri "Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O xatırladıb ki, Fransa XİN başçısı bugünlərdə öz tvitter hesabında vəzifəsinə və qadınlığına yaraşmayan cümlələr yazıb:

"Kolonna qeyd edib ki, Fransa ilk gündən Azərbaycanın Laçın yolunu "bağlamasını" pisləyir və bu, vəziyyəti gərginləşdirir və bu fikri çatdırmaq üçün aprelin sonunda Bakı və İrəvana səfər etmək niyyətindədir. Onun bu fikirlərini əndazəni aşmış hesab edirəm. Fransa onun bu fikirləri ilə özünü növbəti dəfə gülünc vəziyyətinə saldı”.

Deputatın sözlərinə görə, Ketrin Kolonna söylədiyi fikirləri ilə beynəlxalq hüququn norma və prinsiplərini pozur:



"O söylədiyi fikirlərlə bilinmir ki, xarici işlər naziridir, yoxsa tələbə. Fransa hökumətinin başçısı anlamalıdır ki, bura Fransanın hökm edəcəyi Korsika adası, əsarət altında saxladığı ölkələr deyil, bura Qafqazın lider ölkəsi Azərbaycandır. Onların qarşısında həmin Azərbaycandır ki, Fransanın cinayətlərini ən böyük tribunadan bütün dünyaya səsləndirdi və üzr istəməyə çağırdı. Bu gün də Azərbaycan Fransanın yürütdüyü ikiüzlü, riyakar siyasətə öz etirazını bildirir və onlara yerini göstərir”.

Deputat qeyd edib ki, heç bir şəxs və bu xanım Azərbaycan ilə ultimatum dilində danışa bilməz:


"Heç kimin buna cürəti çata bilməz. Əgər bu qadın Azərbaycana gələrsə, ölkəmizin Xarici İşlər Nazirliyində idarə rəisinin köməkçisi, uzağı sektor müdiri səviyyəsində qarşılananda başa düşər ki, kiminlə belə danışır. Hətta hesab edirəm ki, ümumiyyətlə onu qəbul etmək lazım deyil. Ona xatırladıram ki, sənin kimi bir çoxlarının bu kimi bəyanatlarını eşitmişik. Kolonnaya deyirəm ki, gələcəyin varsa, görəcəyin də var. Hesab edirəm ki, Fransa XİN başçısının mənasız, yersiz, həqiqətə uyğun olmayan bəyanatları bizim üçün əhəmiyyətsiz və boşboğazlıqdan başqa bir şey deyil”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi