Azərbaycanlı deputatın oğlu İsveçrədə xizək sürərkən dünyasını dəyişdi

SOSİAL
22:36 23.01.2019
11682
Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu faciəli şəkildə dünyasını dəyişib.

AZXEBER.COM-UN Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək sürərkən qəzaya düşüb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib.

Əsabil Qasımovla əlaqə saxlanılıb. Millət vəkili faktı təsdiqləyib. O, bildirib ki, hadisə bir neçə saat öncə baş verib.
Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR