Azərbaycanlı diplomatlar Moskvada 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zaynalovla görüşüblər.
22 oktyabr tarixində Azərbaycanın Rusiyadakı səfirliyindən konsul Fuad Əliyev və səfirliyin müşaviri Ağalar Atamoğlanov Orxan Zeynalov ilə görüşün keçirilməsi üçün Rusiyanın Cəzaların İcra edilməsi üzrə Federal Xidmətinin Moskva şəhər İdarəsinin 1 saylı istintaq təcridxanasına buraxılıblar.
AZXEBER.COM-un APA-ya istinadən verdiyi xəbərə görə, görüş zamanı səfirlik əməkdaşları O.Zeynalova onun hüquqlarını izah edib, söhbət aparıb və onun maraqlarının müdafiə etməsi üçün səfirlik tərəfindən vəkil V.İ.Anikuşkin və tərcüməçi D.Dadaşova ilə müqavilənin bağlandığı barədə xəbər veriblər.
O.Zeynalov tutulub-saxlanılan gün və istintaq təcridxanasında olduğu müddət ərzində ona qarşı fiziki təzyiq tədbirləri və digər əsası olmayan sərt, ləyaqəti alçaldan davranış tətbiq edildiyi barədə məlumat verib.
O.Zeynalovun diqqətinə çatdırılıb ki, səfirlik gələcəkdə də istintaqın obyektiv şəkildə keçirilməsində səylər göstərəcək.