Azərbaycanlı əməkdar artisti Türkiyədə ilin müğənnisi seçildi

MAQAZİN
16:22 21.09.2012
2300
Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva Türkiyədə "İlin müğənnisi" adına layiq görülüb.
AZXEBER.COM-un Trend.Life-a istinadən verdiyi xəbərə görə, müğənni "Avropa Jurnalistlər Assosiasiyası" (Avrupa Gazeteciler Derneği) tərəfindən bu ada layiq görülüb.Müğənninin prodüseri Yalçın Cabbarovun sözlərinə görə, mükafatın təqdimat mərasimi Antalyada keçirilib. Tədbirdə görkəmli ictimai xadimləri, Türkiyənin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.Azərbaycanlı modelyer Gülnarə Xəlilova isə "İlin modelyeri" seçilib.

OXŞAR XƏBƏRLƏR