Azərbaycanlı əsgəri əsir götürən erməni meşəbəyi danışdı

Azərbaycanlı əsgəri əsir götürən erməni meşəbəyi danışdı
SOSİAL
23:49 15.04.2023
1725

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən aprelin 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb. Dünən Axundov Hüseyn Əhliman oğlunun Ermənistanda şiddətli şəkildə döyülməsi, işgəncələrə məruz qalmasını əks etdirən görüntülər yayılıb.

Hazırda Ermənistanda əsir saxlanılan və ağır işgəncələrə, qeyri-insani rəfdara məruz qalan azərbaycanlı hərbçilər bu ölkənin Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.

AZXEBER.COM musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Polis İdarəsindən  bildirilib. Hələlik, qurum məsələ ilə bağlı əlavə açıqlama yaymayıb.

Zəngəzur (Sünik) rayonunun Açanan kəndi yaxınlığında tapılan azərbaycanlını ilk görən Qafan meşəbəyliyinin əməkdaşı Ara Sukiasyan olub. Sukiasyan deyib ki,  Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyan, Qafan meşə təsərrüfatının və Zəngəzur biosfer kompleksinin əməkdaşlarının iştirak etdiyi azərbaycanlının axtarışı gecə boyu davam edib. "Mənə zəng edəndə artıq səhər idi, dedilər ki, tez gəl. Direktor Sasun Manukyan dedi ki, panikaya ehtiyac yoxdur, sadəcə meşə yollarında pusqu qurmaq lazımdır, azərbaycanlı burada haradasa, yaxınlıqdadırlar"- Ara Sukiasyan aravot.am- saytına bildirib. Onun sözlərindən belə aydın olub ki, qubernator hansı meşə yollarının və cığırlarının nəzarətə götürəcəklərini müəyyənləşdirib. Onlar isə axtarış üçün bir neçə istiqamətə ayrılıblar.

Ara Sukiasyan diş həkiminə getməli imiş və  bunun üçün icazə alıb.  Arvadının da şəxsi  maşınını götürən meşəbəyi Qafana doğru istiqamət alıb: "Yola çıxdım, oradan bir kişinin keçdiyini gördüm. Həyat yoldaşımdan soruşdum ki, bəlkə bu elə o axtarılan azərbaycanlıdır?  Arvadım dedi  ki, bəlkə də... Maşını yavaşıtdım və onun arxasınca geri dönmək qərarına gəldim".

Meşəbəyinin sözlərinə görə, o, yolda azərbaycanlını iki maşının yanında görüb: "Onlara dedim ki, uşaqlar, bu adam azərbaycanlıdır.  Onlar da soruşdular ki, sən haradan bilirsən? Telefonumda şəkli var idi.  Açdım baxdıq, əmin olduq ki, axtarılan azərbaycanlıdır və dərhal əllərini kəndirlə bağladıq" Ara Sukiasyan bildirib ki, əvvəlcə azərbaycanlının haradan olduğunu soruşublar. O da cavab verib ki, farsdır. "Dedim, sən fars deyilsən və fotonu göstərdim. Bu sən deyilsənmi soruşdum? Ondan sonra dedi ki, "Azərbaycan, Azərbaycan..." Onun sözlərinə görə, əllərini bağladıqdan sonra əsgərimizin üst-başını axtarıblar. "Əlində silah yox idi, üstündə sadə otvyorka, bir neçə patron və dəftər var idi..."

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanılan iki Azərbaycan hərbçisinin məsələsi barədə məlumatlıdır. BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova  bildirib ki, ailələr və müvafiq qurumlarla əlaqədədirlər: "Məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş çəkməkdir. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Çinə gedir
16:14 24.08.2025
Putin Çinə gedir
Kanada Ukraynaya 1 milyard dollarlıq hərbi yardım ayıracaq
16:07 24.08.2025
Kanada Ukraynaya 1 milyard dollarlıq hərbi yardım ayıracaq
İki ölkə Ukraynaya "Patriot" sistemləri alacaq
15:57 24.08.2025
İki ölkə Ukraynaya "Patriot" sistemləri alacaq
Yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
15:53 24.08.2025
Yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
"Sədərək" ticarət mərkəzindəki yanğının təfərrüatları açıqlandı
15:49 24.08.2025
"Sədərək" ticarət mərkəzindəki yanğının təfərrüatları açıqlandı
Kürdəmirdə yol qəzası olub, ölən var
15:43 24.08.2025
Kürdəmirdə yol qəzası olub, ölən var
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
15:21 24.08.2025
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
15:04 24.08.2025
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb