Azərbaycanlı futbolçu fantastik qiymətə meyvə aldı - FOTOLAR
İDMAN
10:57 17.11.2014
4232
Bəzən adamın könlünə elə bir şey düşər ki... Elə "Qarabağ"ın futbolçusu İlqar Qurbanovun da ürəyinə ilin bu vədəsində alça düşüb.Futbolçu alça almaq üçün "Bazarstore" mağazalar şəbəkəsinə yollanır. Marketə girəndə isə ilin bu çağında nəfsinə yenilməyinə peşman olub. Qablaşdırılmış formada satılan və içində vur-tut 2 dənə alça olan giləmeyvənin qiyməti futbolçunu odlandırıb.Alçanın satış qiymətindən şoka düşən İlqar Qurbanov onun fotosunu çəkərək sosial şəbəkədə paylaşıb. İlqar etiraf edib ki, pulu çatmadığı üçün yalnız alçanın 1 dənəsini alaraq, 6 AZN ödəyib.Çətin ki,İlqar Qurbanovun bir də ürəyinə belə şey düşə. Həmin fotonu təqdim edirik.