Azərbaycanlı futbolçu himnə hörmətsizlik etdi - VİDEO

İDMAN
15:30 18.03.2013
4165

Futbolçu haqqında deyilənlərə aydınlıq gətirib.

Azərbaycan millisini sabiq oyunçusu Şamil Lahiyalovun Rusiyanın dövlət himni səsləndirilərkən etdiyi hərəkət qonşu ölkədə narazılığa səbəb olub. Premyer Liqanın “Anji” – “Krılya Sovetov” oyunu zamanı Lahiyalov himn səsləndirilərkən digər futbolçulardan fərqli olaraq, üzünü bayrağa tərəf tutmayıb və üzünü qaşıyıb.Rusiya mətbuatı Lahiyalovun bu addımını ölkənin dövlət rəmzinə hörmətsizlik kimi dəyrləndirib. Hazırda “Krılya Sovetov”da çıxış edən Ş.Lahiyalov isə özünə qarşı səsləndirilən ittihamlara cavab verib:“Mənim 33 yaşım var və bütün ömrüm boyu futbol oynamışam, bu gün siz deyirsiniz ki, Rusiyanın himninə hörmət etmirəm?! Elə bil ki, birinci dəfədir meydana çıxıram və belə situasiyalarda özümü necə aparmağı bilmirəm! Bu ki gülməlidir” – deyə Lahiyalov bildirb. Futbolçu bu hərəkətini keçmiş komandası “Anji”yə qarşı çıxış etdiyi üçün emosiyaya qapılması və heç nəyin fərqində olmaması ilə əlaqələndirib.

ANSPRESS

OXŞAR XƏBƏRLƏR