Azərbaycanlı futbolçu qol vurdu, komandası vacib qələbə qazandı

Azərbaycanlı futbolçu qol vurdu, komandası vacib qələbə qazandı
İDMAN
12:13 16.08.2020
1570
Çexiya kubokunda 2020/21 mövsümünə start götürüb.

AzxeberSport-un məlumatına görə, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi "Viktoriya” (Jijkov) səfərdə "Union Beroun”un qonağı olub. Qarşılaşma gənclər millimizin üzvünün komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan  21 yaşlı yarımmüdafiəçi 18-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub.

Qeyd edək ki, bu qələbə ilə "Viktoriya" növbəti mərhələyə yüksəlib.
OXŞAR XƏBƏRLƏR