Ramal Hüseynov "Bucaspor" arasında gələn həftə müqavilə imzalanacaq
Türkiyə "Bucaspor"unda baxışda olan azərbaycanlı futbolçu Ramal Hüseynov yaxın günlərdə bu klubla müqavilə imzalayacaq. Bunu Türkiyə mətbuatına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Timur Yaykıran bəyan edib. O, gələn həftə üç oyunçunu heyətlərinə qatacaqlarını deyib: "Bunun üçün hər şey hazırdır. İlk mərhələdə bir müdafiəçi, hücumçu və yarımmüdafiəçi ilə müqavilə imzalayacağıq". Yaykıran bildirib ki, transfer olunacaq oyunçular arasında böyük ehtimalla azərbaycanlı futbolçu Ramal Hüseynov da olacaq.