Bu gün "Keşlə” klubunun qapıçısı Orxan Sadıqlı evlənib.
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, 24 yaşlı oyunçunun toyu paytaxt restoranlarından birində keçirilib.
Qeyd edək ki, O. Sadıqlı toyu ilə bağlı bir neçə ay öncə maraqlı açıqlama vermişdi. Sadıqlı "Keşlə”dən maaşlarını vaxtında ala bilmədiyi üçün toyunu təxirə saldığını deyərək gündəmə gəlmişdi. Hətta futbolçu bildirmişdi ki, toyunu etmək üçün başqa iş axtarır.
