Azərbaycanlı gənc Amerikada itkin düşüb - Foto

Azərbaycanlı gənc Amerikada itkin düşüb - Foto
SOSİAL
11:11 23.03.2026
162
Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı gənc itkin düşüb.

Bu barədə gəncin yaxınları sosial şəbəkələrdə məlumat yayıb.

Bayramzadə Ömər Yaşar oğlu 3 həftə əvvəl Kolumbus şəhərindəki evdən çıxıb. Bu günə qədər Ömərdən xəbər yoxdur.

Hazırda onun axtarışları hüquq-mühafizə orqanları tərəfindən aparılır. Yaxınları gənci görənlərdən ABŞ-də aktiv olan 612 972 2860 nömrəsinə məlumat vermələrini xahiş edirlər.
 

 


OXŞAR XƏBƏRLƏR