Bu günlərdə belə gənclərimizdən birinin qardaş Türkiyə Respublikasında əldə etdiyi uğur barədə məlumat vermək istərdik.
İnterpress.az xəbər verir ki, YPİDA beynlxalq təşkilatı 2008-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində qurulan və aradan keçən 10 il ərzində, Avropa Birliyinin önəmli şəhərlərindən olan Berlin, Roma, Praqa, Barselona və Şərqi Asiyanın döyünən ürəyi sayılan Seul kimi şəhərlərində şöbələşən beynəlxalq təşkilatdır.
YPİDA gənclik və təhsil sahəsində 250-dən çox beynəlxalq partnyorlarla çoxtərəfli layihələr icra edən beynəlxalq bir qurum olub, ildə bir dəfə təsisçisi olduqları təhsil sahəsində "Beynəlxalq Təhsil Elçisi” və gənclər sahəsində "Belnəlxalq Gənc Lider” mükafatlarını, hər sahə üzrə 5 uğurlu liderə təqdim edir. Bu mükafatın laureatları arasında Türkiyə Böyük Millət Məclisi, Almaniya Federal Məclisi və Avropa Birliyinin millət vəkilləri, böyük QHT rəhbərləri və gənc liderlər var.
Bu il mart ayının 1-də keçirilən YPİDA Məşfərət Məclisinin qərarı ilə, bu iki beynəlxalq mükafatın layiqli sahibları bəlli olub. Sevindirici haldır ki, təhsil sahəsində "Belnəlxalq Təhsil Elçisi” nominasiyasına layiq görülən şəxslər arasında, azərbaycanlı həmyerlimizdə var. Belə ki, 2017-2018-ci illər arasında Azərbaycan–Türkiyə arasında təhsil sahəsində xüsusi xidmətlərinə görə, ölkənin ən gənc dekanlarından biri, Odlar Yurdu Universitetinin dekanı Elçin Əhmədov "Belnəlxalq Təhsil Elçisi” adına layiq görülüb.
Qeyd edək ki, Elçin Əhmədov 2007-2011-ci illərdə Odlar Yurdu Universitetində təhsil alaraq, bakalavr pilləsini fərqlənmə diploma ilə bitirmiş, sonra isə Rusiya Dövlət Texniki Universitetinin magistratura pilləsində təhsil almış və beynəxalq elmi təlim, konfransların mütəmadi iştirakçısıdır.
![](https://azxeber.com/file/pic/xeber/2018-03/1520261298_1520253007_1520251426_1520245281_8659f004-06b4-490f-857f-61897e778b3a.jpg)