Azərbaycanlı gənc fotoreportyoru həbs etmək istəyirlər?

Azərbaycanlı gənc fotoreportyoru həbs etmək istəyirlər?
17:30 10.06.2012
2271
Səbayel Rayon Polis Idarəsinə çağırılan fəal gənclərdən Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun (RATI) foto-reportyoru, gənc blogger Mehman Hüseynova qarşı ifadə almağa cəhd göstəriblər. Bəzi məlumatlara görə, onun həbsinə hazırlıq gedir. Gənc bloggeri müxalifətin etiraz aksiyalarından birində çəkiliş apararkən polisi təhqir etməkdə günahlandırmaq planı da gələn xəbərlər sırasındadır. Qeyd edək ki, Mehman Hüseynov beynəlxalq tədbirdə iştirak etdiyindən hazırda ölkədə yoxdur. RATI-nin rəhbəri Emin Hüseynovun (o, həm də Mehmanın qardaşıdır) “Azadlıq”a verdiyi məlumata görə, iyunun 6-da axşam saat 22 radələrində sahə müvəkkili evlərinə gələrək, bildiriş təqdim edib: “Orada göstərilib ki, Mehman iyunun 9-da saat 11-də Səbayel Rayon Polis Idarəsində olmalıdır. Amma onun kim qismində və hansı iş üzrə çağırıldığı göstərilməyib. Bütün bunlara görə anam bildirişin düzgün tərtib olunmadığını qeyd etməklə, onu aldığı da imza atıb. Ertəsi gün mən baş prokurora və daxili işlər nazirinə məktub göndərdim ki, bildiriş poçtla göndərilməlidir, polis poçtalyon deyil ki... Üstəlik, ciddi zərurət olmadan polis gecə vətəndaşı niyə narahat etməlidir?”
OXŞAR XƏBƏRLƏR