"UFC-də döyüşməyimə mane olan amil maddi dəstəkdir, sponsor tapılmır" - Azərbaycanlı idmançı

"UFC-də döyüşməyimə mane olan amil maddi dəstəkdir, sponsor tapılmır" - Azərbaycanlı idmançı
SOSİAL
13:44 13.12.2023
1095
Azərbaycanlı peşəkar idmançı, MMA üzrə dünya çempionu, Uşu-Sanda idman növü üzrə İslam Həmrəylik Oyunlarının gümüş mükafatçısı Bayram Şəmmədov AZXEBER.COM-a özəl müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Özünüz haqda məlumat verərdiniz.
- Mən, Şəmmədov Bayram İdris oğlu. 20.03.1996-cı ildə Masallı rayonunda anadan olmuşam. Təhsilimi Bakı şəhəri, Nərimanov rayonu 45 nömrəli məktəbdə başlayıb və orada bitirmişəm. 

- İdmana marağınız nə vaxtdan yaranıb? 
- Mən uşaqlıqdan hiperaktiv biri olmuşam və ailəm də bunu görərək məni 7 yaşımdan idmana qoyublar. MMA və bir çox idman növlərində məşğul olmuşam və tez bir vaxtda nəaliyyətlər əldə etmişəm. Hal-hazırda MMA üzrə peşakar idmançıyam.

- Azərbaycandan MMA yarışlarına qatılan idmançılar var, ancaq onlar daha çox xarici ölkələrdə oranın məktəblərində yetişir. Sizcə buna səbəb nədir? 
- Bu idman növü ölkəmizdə uzun müddətdir ki, var. Ancaq yeni-yeni inkişaf edir və tanınır. Azərbaycanda bir çox idmançıların burada döyüşməyə çox üstünlük verməməyin səbəbi də budur ki, məlum məsələdir ki, bu idman növü ABŞ-də və Avropa ölkələrində daha çox inkişaf edib. 
 
- Özünüzdə UFC-ya qatılacaq potensial görürsünüz? 
- Mən bir müddət ABŞ-də təlim məşqlərində olmuşam və orada əslində bizim peşəkar idmançılardan çox fərq görməmişəm. Mən və mənim kimi ABŞ-də və Avropada məşq edən idmançı dostlarımız öyrəndiklərimizi burada da yerinə yetiririk ve yetişməkdə olan idmançılarla bölüşürük. İnanıram ki, ölkəmizdə də bu idman daha çox inkişaf edəcək və Azərbaycan idman məktəblərindən Beynəlxalq yarışlarda daha çox iştirak edəcək. MMA deyəndə hər kəsin ağlına gələn UFC təşkilatıdır və əlbəttə ki, hər bir peşəkar idmançı istəyər ki, orada döyüşsün və tanınsın. Mən və mənim kimi ABŞ-də və Avropada məşq edən idmançı dostlarımız öyrəndiklərimizi burada da yerinə yetiririk ve yetişməkdə olan idmançılarla bölüşürük. İnanıram ki, ölkəmizdə də bu idman daha çox inkişaf edəcək və Azərbaycan idman məktəblərindən Beynəlxalq yarışlarda daha çox iştirak edəcək. MMA deyəndə hər kəsin ağlına gələn UFC təşkilatıdır və əlbəttə ki, hər bir peşəkar idmançı istəyər ki, orada döyüşsün və tanınsın. Verdiyim nəaliyyətlərə görə də özümü oraya layiq görürəm. Amerikada UFC-də döyüşən idmançılarla məşq etmişəm.  Onlardan bir fərqimiz yoxdur. Düşünürəm ki, yaxın zamanlarda UFC təşkilatında döyüşəcəyəm və ölkəmizə qələbə gətirəcəyəm. Düşünürəm ki, biz UFC üçün hazırıq. Məşqlərimizi yaxşı qaydada edirik.

- UFC-ya çıxmaq üçün sizdə nə çatışmır?
- Sadəcə bizə bu yolda tək çatışmayan maddi dəstəkdir. Biz idmançılara sponsorlar dəstək verəndə nəticələrimiz də bir o qədər yaxşı olacağını düşünürəm. Kariyeramın müəyyən mərhələsində mənə dəstək olanlar olub. Ən başda da məşqçilərimizdir. Hansı ki, mənə maddi-mənəvi dəstək olurlar. Çünki bu idman elə sahədir ki, psixoloji dəstəyə ehtiyac var. Bunun dəstəyini görürəm.

- Buradan sponsorlara nə demək istəyirsiniz?
- Onu demək istəyirəm ki, mənim məqsədim maksimum nəticələr verməkdir və ölkəmizi bu idman növü ilə tanıtmaqdır. İnşallah mənə verilən dəstəklər sayəsində də hər kəsin inancını doğruldacağam və məqsədimə çatacağam. 

- Sponsor tapmasanız, hansı addımları atmağı düşünürsünüz?
- Sponsor tapmadığım müddətdə də idmanıma davam etmişəm və edəcəm. Lakin bir şey var ki, bu yolda maddi dəstək verilməyəndə idmançı üçün çətin olur. Çünkü mənim qarşıma qoyduğum məqsəd var. Mənim bu yoldan ayrılmaq fikrim yoxdur.

- Son olaraq nə demək istərdiniz?
- Bu yolda mənə dəstək olan məşqçilərimə, ailəmə, dostlarıma, hər kəsə təşəkkür edirəm.
 
Ayşən
 

 

 

 


OXŞAR XƏBƏRLƏR