Azərbaycanlı gənc Rusiya meşəsində ölü olaraq tapıldı

Azərbaycanlı gənc Rusiya meşəsində ölü olaraq tapıldı
DÜNYA
11:24 17.11.2017
1347
Rusiyanın Amur vilayətinin Şimanovskiy rayonu Saskalinskiy qəsəbəsində azərbaycanlı gənc meşədə donaraq ölüb. 

Azxeber.com xəbər verir ki, yaxınlarının "Report"a verdiyi xəbərə görə, əslən Azərbaycanın Salyan rayonundan olan, Rusiya vətəndaşı 1986-cı il təvəllüdlü Səmədov Aleksey Abdurrəhman oğlunun meyiti qəsəbə sakinləri tərəfindən meşədə donmuş halda tapılıb.
Onun üzərində heç bir zorakılıq əlaməti olmayıb. 

A.Səmədovun həvəskar ovçuluqla məşğul olduğu deyilsə də, meyiti aşkar olunan zaman ov alətləri və ya ov silahı yanında olmayıb. O doğulduğu qəsəbədə dəfn olunub.
OXŞAR XƏBƏRLƏR