Rusiyada küçənin ortasında təqaüdçünü döydüyü üçün 28 yaşlı azərbaycanlıya qarşı cinayət işi açılıb.
Əməliyyatçılar yaşlı kişini döyən şəxsin kimliyini müəyyənləşdiriblər.
Avtomobildə yerləşdirilən videokamera vasitəsilə qeydə alınan görüntülərdə gəncin supermarketin qarşısında təqaüdçünü vurduğu aydın şəkildə göstərilir. Həmin şəxs barəsində artıq “döymə” maddəsi ilə cinayət işi açılıb.//qafqazinfo