Azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə vəfat etdi

Azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə vəfat etdi
SOSİAL
00:40 24.05.2023
1692
Türkiyədə yaşayan azərbaycanlı bədbəxt hadisə nəticəsində vəfat edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, 27 yaşlı Emin Orucovun yaşadığı mənzildə vəziyyəti pisləşib.

Yardıma gələn üç nəfər onu birinci mərtəbəyə düşürərkən Emin Orucovun başı pilləkənin kənarına dəyib. Başından ağır xəsarət alan Emin Orucov xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Səhlənkarlıqdan Emin Orucovun ölümünə səbəb olmaqda təqsirləndirilən şəxslər həbs olunublar.
OXŞAR XƏBƏRLƏR