Azərbaycanlı gənc yüksək vəzifəli məmuru döydü - Anbaan video

MARAQLI
15:40 24.12.2021
288
Rusiyanın paytaxtı Moskvada məşhur dövlət şirkətinin vitse-prezidentini döyən azərbaycanlı saxlanılıb.

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzindəki restoranların birində baş verib. "Rostelekom" şirkətinin vitse-prezidenti İqor Zimin yaxınları ilə restoranda əyləşərkən qonşu masadakı Azərbaycan vətəndaşı Ruslan Seyidömərovla mübahisə edib. Nəticədə 31 yaşlı azərbaycanlı onu döyüb.

Ruslan Moskvanı tərk etsə də, tezliklə saxlanılıb. Onu 5 ilə qədər həbs cəzası gözlədiyi bildirilir.
 

OXŞAR XƏBƏRLƏR