Azərbaycanlı rəssam Nizar Məmmədov çəkdiyi portretlə dünya şöhrətli idmançı Konor Makqreqoru valeh edib.
AzxeberSport xəbər verir ki, rəssam, UNESCO Rəssamlar Birliyinin fəxri üzvü Nizar Məmmədov irlandiyalı qarışıq döyüş növləri döyüşçüsü və boksçusu, dünya şöhrətli UFC çempionu Konor Makqreqorun sifarişi ilə onun portretini çəkib.
Portret təkcə sənətsevərlərin deyil, məşhur döyüşçünün də böyük marağına səbəb olub.
Rəssamın sözlərinə görə, çəkdiyi portret yaxın gələcəkdə Konor Makqreqora təqdim ediləcək.