Azərbaycanlı gəncin səsi sosial şəbəkədə marağa səbəb oldu – VİDEO

MAQAZİN
01:56 06.07.2015
12069

Gənc ifaçı Nofəl Aslanovun ifası “facebook” sosial şəbəkəsində böyük marağa səbəb olub.

AZXEBER.COM xəbər verir ki, gənc opera ifaçısının oxuduğu «O mio babbino caro» ariyası “Youtube”da bir çox xarici istifadəçilər tərəfindən maraqla qarşılanıb.

Gənc yaşda Mariya Kallas, Viktoriya de los Anxeles, Rene Fleminq, Monserrar Kabalen, Anna Netrebko kimi dünyaca məşhur opera sənətçilərinin də ifa etdiyi bu çətin ariyada özünü sınaqdan keçirən Nofəl Aslanovun ifası opera sevərlər tərəfindən böyük alqışla qarşılanıb.

Sözügedən ifa artıq xarici istifadəçilər tərəfindən “facebook”da milyonlarca üzvü olan məşhur musiqi səhifələrində də paylaşılır.

Həmin ifanı təqdim edirik:

OXŞAR XƏBƏRLƏR