Azərbaycanlı gənclərdən Ukrayna xalqına dəstək - VİDEO

GƏNCLİK
18:00 04.04.2014
1691

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin hazırladığı “Biz fərqliyik amma birik” video çarx Ukraynanın aparıcı televiziya kanallarında gəncliyin sədaqət marşı kimi təqdim olunub.

AZXEBER.COM xəbər verir ki, Ukrayna Azərbaycanlı Gənclər birliyinin hazırladığı video çarx Ukraynanın ərazi bütövlüyünun qorunması ,dost və qardaş ölkəyə qarşı həyata keçirilən işğalçılıq siyasətinə son qoyulmasına çağırış notları üzərində qurulub.

2 dəqiqəlik video müraciətdə Ukraynanın müxtəlif vilayət və şəhərlərində anadan olan azərbaycanlı gənclər Ukraynanın üzləşdiyi problemlərə biganə qalmadıqlarını,ağır və çətin günlərini yaşayan Ukrayana xalqı ilə həmrəy olduqlarını nümayiş etdiriblər .Azərbaycan torpaqlarınında işğala məruz qaldığını özündə əks etdirən video çarxda Azərbaycanlı gənclər Ukraynanın ərazi bütövlüyünün qorunmasını dəstəklədiklərini vurğulayıblar. Video müraciətin əhəmiyyətini nəzərə alan Ukraynanın birinci milli televizya kanalı , 5-ci kanal, 1 + 1 televiziya kanalı , tv 24 və bir sıra aparıcı televiziya kanalları video çarxı təkrar təkrar yayımlamaqla Azərbaycanlı gənclərin bu addımını vahid Ukrayna dövlətinə olan sədaqət marşı kimi təqdim ediblər .Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədr müavini İlhamə Allahverdiyevanın müəllifi olduğu video çarx haqqında Ukraynanın bir çox kütləvi informasiya vasitələrində məqalələr dərc olunub. Ukraynanın tanınmış simalarının və bloqqerlərinin video müraciəti sosial şəbəkələrində paylaşması isə video çarxa baxışı rekord həddinə çatdırıb.https://www.5.ua/ukrajina/suspilstvo/item/378177-spilka-azerbaidzhanskoi-molodi-zasudyla-rosiisku-ahresiiu-proty-ukrainy

https://tsn.ua/video/video-novini/molodi-azerbaydzhanci-ukrayini-pidtrimali-akciyu-yedina-krayina.html?type=2

OXŞAR XƏBƏRLƏR