Azərbaycanlı hakim UEFA Avroliqa oyununu idarə edəcək

Azərbaycanlı hakim UEFA Avroliqa oyununu idarə edəcək
İDMAN
13:17 16.10.2017
1250

Futbol üzrə UEFA Avropa Liqasının "L” qrupunda keçiriləcək "Vardar” (Makedoniya) – "Real Sosyedad” (İspaniya) oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək.

 

AZXEBER.COM xəbər verir ki, oktyabrın 19-da keçiriləcək oyunun baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.

Ona həmyerliləri Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaqlar.

OXŞAR XƏBƏRLƏR